Gürcüstan hökuməti Rusiyanın baş naziri Vladimir Putinin 2008-ci ildə iki ölkə arasında müharibəyə Rusiyanın başlamadığını dediyinə görə tənqid edib. Gürcüstanın xarici işlər nazirinin müavini Giqa Bokeriya deyib ki, cənab Putinin şərhləri qonşu ölkənin bütün siyasi establişmentinə məxsus siyasi sinizm və məsuliyyətdən boyun qaçırmaqdır. O həmçinin Rusiya baş nazirini Gürcüstan və Cənubi Osetiyanın fikir ayrılıqlarını üçüncü tərəfin müdaxiləsi olmadan müzakirə etməyə çağırmasını da tənqid edib. Bokeriya deyib ki, Gürcüstan Rusiya ilə əməkdaşlıq etməyə hazırdır yalnız bir şərtlə ki, Rusiya Gürcüstanın suveren ölkə olduğunu və öz müqəddəratını həll edə bildiyini qəbul etsin.
Vladimir Putinin iki ölkə arasında müharibəyə Rusiyanın başlamadığını deyib