Accessibility links

Gürcüstan parlament seçkilərində hər iki tərəf qələbə çaldığını iddia edir


Yeni konstitusiyaya görə seçkilərdə qalib gələn partiyanın baş naziri prezidentə nisbətən daha çox səlahiyyətlərə sahib olacaq

Gürcüstanda seçkinin nəticələri hələ müəyyən olmasa da, hər iki tərəf partlament seçkisinin qalibi olduğunu iddia edir.

Rusiya tərəfdarı milyarder Bidzina İvanişvilinin "Gürcü arzusu" koalisiyası parlamenti nəzarəti ələ almaq üçün prezident Mixasil Saakaşvilinin Milli Birlik Hərəkatı ilə rəqabət aparır.

Exit poll parlament seçkilərində səsvermədə müxalifət koalisiyasının irəlidə olduğunu göstərib. Lakin burada yerlərin yarısı nəzərdə tutulur.

Cənab Saakaşvili onun partiyasını ayrı-ayrı namizədlərə verilən səslərə görə qələbə çaldığını bildirir.

Bundan öncə dövlət televiziyasının keçirdiyi exit poll Rusiya tərəfdarı milyarder Bidzina İvanişvilinin “Gürcü Arzusu” koalisiyasının səslərin 35 faizi ilə irəlidə olduğunu, prezident Mixail Saakaşvilinin iqtidarda olan Milli Birlik Hərəkatının isə 30 faiz səslə ikinci yerdə gəldiyini bildirir. Lakin parlamentdə 150 yerdən demək olar yarısı cənab Saakaşvilinin koalisiyasının güclü olduğu regionlarda majoritar yolla seçildiyi üçün, prezidentin koaliasiyasının hələ də parlamentdə əksəriyyəti saxlaya biləcəyi mümkündür.

Analitiklər bazar ertəsi günü Gürcüstan ərazisində keçirilən parlament seçkilərinin ölkənin siyasi yolunu müəyyən edəcəyini bildirib.

Bazar ertəsi baş tutan seçkidə president Mixail Saakaşvilinin rəhbəri olduğu Milli Birlik Hərəkatı ilə Rusiya yönümlü milyarder Bidzina İvanişvilinin "Gürcü Arzusu" koalisiyası mübarizə aparıb. 51000-dən çox beynəlxalq seçki müşahidəçiləri və nəzarətçiləri seçkiləri müşahidə edib.

Seçkilərdə parlametin 150 yeri uğrunda mübarizə gedib. Seçkidən öncə president Saakaşvili bildirib ki, Gürcü Arzusu partiyasının qalib gələcəyi təqdirdə və İvanaşvilinin baş nazir olacağı təqdirdə Gürcüstan qərbdən ayrılacaq və Moskvanın təsiri altına düşəcək. İvanişvili isə bu ittihamları rədd edir.

Bu seçkilər 4.5 milyon əhalisi olan ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. Çünki, yeni konstitusiyaya görə baş nazir prezidentə nisbətən daha çox səlahiyyətlərə sahib olacaq. Cənab Saakaşvilinin ikinci və son prezidentlik dövrü bitdikdən sonra gələn il parlament ölkənin yeni baş nazirinin adını açıqlayacaq.

İvanişvilinin tərəfdarları prezidenti diktator olmaqda ittiham edir. Onlar Sakaşvilini 2008-ci ildə Cənubi Asetiya ərazisi uğrunda Rusiya ilə qısa müddətli müharibə aparmaqda günahlandırırlar. Keçən həftə Gürcüstan həbsxanasında məhbuslara işgəncə verilməsinə və zorlama hadisəsinə dair video görüntülərin çıxması Cənab Saakaşvilinin seçki kampaniyasına pis təsir edib.
XS
SM
MD
LG