Accessibility links

Bir neçə güneyli fəal Əhər məhkəməsinə çağırılıb


Həbs edilmiş fəallar
Həbs edilmiş fəallar

Əhər şəhəri məhkəməsi bir neçə güneyli milli fəalı telefon vasitəsi ilə və yazılı şəkildə məhkəməyə çağırıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, 2014-cü il Beynəlxalq Ana Dili Günü ilə əlaqədar keçirilən mərasimində Əhər şəhərində nəzarətə alınan və daha sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılan milli-mədəni fəallar məhkəmə prosesinin davamı üçün Əhər məhkəməsinə getməlidirlər.

Məhkəməyə çağırılan fəallar arasında Rəhim Qulami, Əsgər Əkbərzadə, Meysəm Colani, Cəfər Rüstəmi, Hüseyn Balaxani, İsrafil Fətullazadə, Saleh Molla Abbasi, İbrahim Nuri, Əkbər Əbulzadə, Məhəmmədrza Rəhmanifərd və başqaları var.

Xatırladaq ki, 2014-cü il Beynəlxalq Ana Dili Günü mərasimində Əhər şəhərində təxminən 100 nəfər güneyli milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.

İran Azərbaycanının müxtəlif bölgələrindən gələn fəallar Ana Dili Gününü qeyd etmək üçün Əhər fəallarının birinin evində bir araya gəlmişdi. Fəalların bəzisi nəzarətə alınarkən təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıb və döyülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG