Accessibility links

10 saylı platformada yanğın davam edir [Video]


Dəniz platformasında yanğın
Dəniz platformasında yanğın

Xəzər dənizindəki “Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi hələ də davam etdirilir.

Dekabrın 4-də güclü tufan nəticəsində dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Özüldə olan 62 nəfərdən 32-si xilas edilib. 7 nəfərin cəsədi tapılıb. Hazırda itkin düşmüş 23 neftçinin axtarışı davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, axtarış-xilasetmə işlərinə FHN-in 4 helikopteri cəlb edilib. Dekabrın 29-da itkin düşənlərin ailə üzvləri də Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və “AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.

XS
SM
MD
LG