Accessibility links

Türkmənistan sektorunda 2 neftçinin cəsədi tapılıb


Gündüz Ağayevin "Neftçilərin ruhu" əsəri (Əsər Ağayevin facebook səhifəsindən götürülüb)
Gündüz Ağayevin "Neftçilərin ruhu" əsəri (Əsər Ağayevin facebook səhifəsindən götürülüb)

Xəzər dənizinin Türkmənistan sektorunda ''Günəşli'' yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən iki neftçinin cəsədi aşkar edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilkin araşdıma nəticəsində cəsədi tapılanların Əzizağa Quliyev və Adil Abdullayev olduğunu bildirib.

Yanvarın 4-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

2015-ci il dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə qəza baş verib. Qəza nəticəsində platformada olan 62 nəfərdən 30-u itkin düşüb. Onlardan indiyədək 10 nəfərin cəsədi tapılıb, 20 nəfərin axtarışı davam edir.

Bununla yanaşı “Günəşli” yatağındakı qəzadan bir neçə gün öncə “Neft Daşları”nda daha 3 neftçi itkin düşüb. Onlardan birinin cəsədi tapılıb.

Hazırda itkin düşən 22 neftçidən xəbər yoxdur.

XS
SM
MD
LG