Accessibility links

Mərakeş və İsrail günəş enerjisindən istifadə etməyə başlayıb [Video]


Mərakeş və İsrail günəş enerjisindən istifadə etməyə başlayıb
please wait

No media source currently available

0:00 0:02:14 0:00

İsrailin Neqev səhrasında inşaat mühəndisləri bir miliyon kvadrat metr sahəni əhatə edəcək günəşə istiqamətlənmiş güzgülər yerləşdirir.

Noam Nizani: “Sizin gördüyünüz çox nəhəng termal günəş sahəsidir. Burada günəş şüalarını əks etdirəcək 50 min heliostat güzgü var.”

Ən kiçik ölçülü günəş generatorları fotovoltlu texnologiyaya əsaslanır və günəş işığını birbaşa elektrik enerjisinə çevirir.

Lakin meqavat həcmdə elektrik enerjisi stansiyaları üçün mərkəzləşdirilmiş günəş enerjisindən istifadə etmək daha səmərəlidir. Bu yolla elektrik əldə etmək üçün böyük generatorları işə salacaq buxar istehsal edilir.

Bu güzgülər avtomatik olaraq günəşin üfüqdə hərəkətini izləyir.

Eran Qartner: “Burada bütün plantasiyanı əhatə edən WiFi qüllələr var. Beləliklə sahəyə təkmilləşdirilmiş sistemlə nəzarət edirik. Biz son texnologiyadan istifadə etməyə çalışırıq.”

Gələn il tamamlandığında Meqalim günəş plantasiyası 120 min evi elektriklə təmin edə bilən 121 meqavat enerji hasil edəcək.

Eyni zamanda, Mərakeşin Atlas dağlarında buna oxşar elektrik stansiyası qurulub.

Günəş işıqlarını qüllələrə istiqamətləndirmək yerinə Nur elektrik stansiyasında parabolik güzgülər xüsusi duz mayesini 400 dərəcə celsi temperaturuna qədər qızdırır. Nəticədə güzgülərin arasındakı borular vasitəsilə axan bu maye günəşin batımından 3 saat sonraya qədər isti qalır.

2018-ci ildə hər üç mərhələ tamamlandıqdan sonra elektrik stansiyası 500 meqavat enerji hasil edəcək və 1,1 milion mərakeşlini elektriklə təmin edəcək.

Hər iki elektrik stansiyasının rəsmiləri deyir ki, qurğular köçəri quşların uçduğu ərazilərdən uzaqda yerləşdirilib.

XS
SM
MD
LG