Accessibility links

Gültəkin Hacıbəyli: “Azərbaycan üçün Qərbin və NATO-nun alternativi yoxdur və ola da bilməz.” [Audio]


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Bakıda Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) “Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Sammiti ərəfəsində Azərbaycan-Avropa Birliyi (AB) münasibətləri” mövzusunda dəyirmi masa keçirib.

Müzakirələr zamanı Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasına dair çağırışlar səsləndirilib və Avropaya intentiv inteqrasiya istiqamətində nəticələrin əldə edilmədiyi qeyd edilib.

Gültəkin Hacıbəyli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:12:17 0:00
Direct link

Milli Şuranın beynəlxalq əlaqələr bölməsinin rəhbəri Gültəkin Hacəbəyli Amerikanın Səsinə müsahibədə Azərbaycanın inteqrasiya prosesinin ləng getdiyini qeyd edib. O, Azərbaycan hökumətinin Avropa Birliyi ilə assoasiya sazişi deyil, strateji modelləşdirmə sazişinin imzalanmasını təklif etdiyini deyib. Onun sözlərinə görə, Milli Şura Azərbaycanın ən tez bir zamanda assosiasiya sazişinin imzalanmasının tərəfdarıdır. “Biz hesab edirik ki, bu, Azərbaycanın milli maraqlarına uyğun olan yeganə və alternativsiz strateji seçimidir. Birincisi, bu seçimi zəruri edən geo-siyasi reallıqlar var. Azərbaycan çox mürəkkəb bir bölgədə yerləşir və Azərbaycanın daha böyük daha güclü müdafiə sisteminə ehtiyacı var və bu müdafiə sistemi olaraq biz Avropa Birliyini görürük”-deəy o bildirib.

Gültəkin Hacəbəylinin sözlərinə görə, Avropa Birliyi ilə inteqrasiya təkcə bəyanatlar səviyyəsində gerçəkləşən siyasi proses deyil. O bildirib ki, bu prosesin real mexanizmləri Azərbaycanın bugünkü iqtisadi vəziyyətdən çıxmasına imkan yarada bilər. Gültəkin Hacıbəyli dərin islahatlarının aparılmasının vacibliyini vurğulayraq, bunun həm inteqrasiya prosesini sürətləndirə, həm də Azərbaycanın daxilən cəmiyyətin demokratik dəyərlərə açılmasını reallığa çevirə biləcəyini qeyd edib.

Gültəkin Hacəbəyli Ukrayna və Gürcüstanda baş verən prosesləri nəzərə alaraq Azərbaycanın intensiv inteqrasiyasının özü ilə gətirə biləcəyi risklərdən danışaraq, ilk növbədə, mümkün siyasi riskləri göstərib. Lakin o bildirib ki, Ukraynada bu gün mövcud etnik separatizm Azərbaycanda 20 ildir bundan əvvəl yaşanıb və hazırda da yaşanmaqdadır. Onun fikrincə, Rusiyanın bu gün beynəlxalq birlikdən təcrid olunduğunu və İran-Qərb anlaşmasının əldə edilməsni nəzərə alaraq Rusiyanın Azərbaycanın Avropaya inteqrasiyası prosesinə Ukraynada olduğu kimi tam müdaxilə edəcəyini gözləmək olmaz.

Gültəkin Hacıbəylinin sözlərinə görə, Azərbaycanın öz müstəqilliyinin qoruması üçün Qərblə yaxınlaşmadan başqa alternativi yoxdur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG