Dünən, fevral ayının 12-sə Beynəlxalq Olipmiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilən idman növlərinin siyahısını açıqlayıb. Siyahıya nəzər salanda görmək mümkündür ki, 2020-ci il Olimpiadası 25 idman növü üzrə keçiriləcək, ancaq bu sırada güləş idman növü yoxdur. Komitə rəsmiləri qərarlarını bununla əsaslandırıb ki, Olimpiadaya yeni idman növləri daxil etmək üçün belə bir addım atmaq məcburiyyətində qalıblar. Ancaq bu barədə son qərar may ayında veriləcək.
Əgər may ayında da qərara bir dəyişiklik edilməsə, Azərbaycanda tarixi idman növu hesab edilən güləş üzrə potensial Olimpiada medallarından məhrum olacaq.
Qeyd edək ki, keçən il keçirilən London Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının aktivinə yazılan hər iki qızıl medal güləş üzrə əldə edilmişdi.
Bundan başqa komanda qazandığı ümumi 10 medaldan 8-ə güləş üzrə nail olub. Bu baxımdan qəbul olunmuş qərar Azərbaycan üçün heç də ürəkaçan deyil.