Accessibility links

Gülər Əhmədova şahid qismində dindirilib


Gülər Əhmədova
Gülər Əhmədova

Keçmiş deputat Bakı şəhər prokurorluğunda ifadə verib

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deputat olması üçün keçmiş deputat Gülər Əhmədova vasitəsi ilə yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırılması barədə sosial şəbəkələrdə yaydığı video ilə bağlı bu gün xanım Əhmədova şahid qismində dindirilib.

Yerli medianın məlumatına görə, keçmiş deputat Bakı şəhər prokurorluğunda dindirilib. Belə ki, sentyabrın 25-də yayılmış videoda əks olunanlar Bakı şəhər prokurorluğunda araşdırılır.

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Videoda Elşad Abdullayev Gülər Əhmədovaya deputat olması üçün 500 min dollar verdiyini bildirir. Gülər Əhmədova isə daha 500 min dollar verməsini tələb edir.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra keçmiş deputatın hərəkətləri geniş ictimai tənqidlərə məruz qalıb. Gülər Əhmədova deputat mandatından imtina edib. Müxalifət və çoxsaylı ictimai-siyasi xadimlər hökumətdən izahat tələb edib. Hüquq mühafizə orqanlarından yalnız rüşvət faktına deyil, rüşvət yolu ilə hakimiyyətin mənimsənilməsinə hüquqi qiymət verilməsi tələb edilir.

İctimai Palata isə oktyabrın 13-də parlamentin buraxılması tələbi ilə yürüş keçirəcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG