Accessibility links

Nyu-Yorkda GUAM xarici işlər nazirləri görüşüb


Nyu-Yorkda GUAM xarici işlər nazirləri şurasının toplantısı
Nyu-Yorkda GUAM xarici işlər nazirləri şurasının toplantısı

GUAM dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb

Nyu-Yorkda “Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM”ın xarici işlər nazirlərinin şurasının toplantısı olub. Toplantı BMT Baş Assambleyasının 68-ci sessiyası dövründə olub.

Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında sahəvi əməkdaşlığın uğurla davam etdiyini qeyd edən nazir Elmar Məmmədyarov, bu əməkdaşlığın dərinləşdirilməsinin dövlətlər arasında daha sıx əlaqələrin yaradılmasına və beynəlxalq aləmdə birgə səylərlə çıxış etmələrinə imkan yaradacağını bildirib.

GUAM xarici işlər nazirlərinin şurası tərəfindən tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlar ilə əlaqələr, BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə çıxarılacaq “BMT və “Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM” arasında əməkdaşlıq” adlı qətnamə layihəsi, nəqliyyat, turizm, iqtisadiyyat, mədəniyyət, elm və energetika kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
XS
SM
MD
LG