Yaxın Şərq və Afrika qaçqınlarının Avropaya gedən yolunda yeni bizneslər yaranır. Yunanıstan limanlarından birinin yaxınlığında açılmış yeni Suriya restoranı fəaliyyətə başlayıb. Burada bəlkə də heç vaxt evlərinə qayıda bilməyəcək qaçqınlar ev yeməklərinin ləzzətini dada bilir.
Yunanıstan limanı yaxınlığınakı Mitiliniyada yeni açılan bizneslər Almaniya kimi ölkələrə keçmək üçün hər hün gələn minlərlə qaçqına xidmətlər göstərir. Buradakı Suriya restoranı bir neçə ay əvvəl açılıb. Restoranın sahibi Vaqelis Asvestas deyir ki, müştərilər ərəb yeməklərinə üstünlük verdiyi üçün bu, iqtisadi baxımdan əlverişlidir.
“Mən Lesbosdanam və bu kiçik biznesim əvvəllər gördüyüm işlə demək olar eynidir. Mən ilk dəfədir yalnız ərəb yeməklərinin hazırlandığı bir restoran işlədirəm. Bizim limanda başqa bizneslərimiz də var, kafe, bar, gecə klubları.”
Restoran işçiləri arasında keçən il Avropaya miqrant axınının başlamasından əvvəl gələn suriyalı qaçqınlar da var. Müharibədən qaçmaq həmişə təhlükəli olub. Onlar deyir ki, qaçarkən yüzlərlə insan dənizdə batıb. “Mən ailəmi də gətirmək istəyirdim, lakin sonra onlara dedim ki, siz evdə qalın, mən sizə pul və başqa yardım göndərəcəyəm. Lakin indi onları buraya gətirə bilmərəm, bu böyük riskdir” deyə, suriyalı qaçqın Camal Əlsəqa bildirir.
Yerli sakinlər yeni açılan bizneslərin Yaxın Şərq və Afrikadan gələn kütlələrə qarşı mənfi münasibəti olan qitədə qaçqınlar üçün vacib mədəniyyət mübadiləsi olduğunu deyirlər. Lesbos sakini Panajotas: “Bu yaxşı bir işdir, insanlar yaxşıdır, yaxşı qulluq edilir. Hər şey normaldır.”
Avropaya insan axını nə qədər çox olsa, restoran bizneslərinin də bir o qədər artacağını gözləmək olar.