Accessibility links

Yunanıstan Türkiyə ilə sərhəddə hasarın genişləndirilməsini planlaşdırır


Yunanıstan hökuməti ölkənin Türkiyə ilə sərhədində divarın əsaslı şəkildə genişləndirilməsini planlaşdırdığını və əlavə tikinti üçün Avropa İttifaqından maliyyə dəstəyi istədiyini bildirib.

Miqrasiya məsələləri üzrə nazir Notis Mitaraçi poladdan hasarın 40 kilometrdən 120 kilometrə çatdırılacağını və tikinti işlərinin bu ilin sonunda başlayacağını deyib.

"Sərhəd hasarının daha da uzadılması hökumətin qərarıdır və biz Avropadan maliyyə istəmişik" - deyə, bazar günü Afina yaxınlığında bir radio stansiyasına müsahibə verən Mitaraçi bildirib. Nazir müsahibənin audioyazısını bazar ertəsi sosial şəbəkədə yerləşdirib. O, layihənin proqnozlaşdırılan dəyəri barədə ətraflı məlumat verməyib.

Yunanıstan qonşusu və NATO müttəfiqi Türkiyəni Avropa İttifaqı ölkələrinə təzyiq vasitəsi kimi miqrasiyadan "alət olaraq" istifadə etməkdə ittiham edib. Ankara əksəriyyəti qonşu Suriyada vətəndaş müharibəsindən qaçan təxminən 4 milyon qaçqını qəbul etməklə qeyri-mütənasib yükü öz üzərinə götürdüyünü bildirərərək, bu iddianı rədd edir.

Keçən il Yunanıstan da daxil olmaqla 12 ölkə hazırda milli büdcələrdən maliyyələşən sərhəd hasarları üçün Aİ-dən maliyyə istəyib.

Aİ Komissiyası hazırda xarici sərhədlərində hasar tikintisi üçün maliyyə ödəməyərək, Aİ-nin sərhəd mühafizə Frontex agentliyinin maliyyələşdirilməsi də daxil olmaqla bunun miqrasiya ilə bağlı digər fəaliyyətlər üçün vəsaitə təsir göstərə biləcəyini bildirir.

XS
SM
MD
LG