Yunanıstan parlamenti xərclərin ixtisarı, vergilərin artırılması və dövlətə məxsus şirkətlərin satışı kimi beş il üçün nəzərdə tutulmuş planı müzakirə etməyə başlayıb. 40 milyard dollarlıq iqtisadi tədbirlər paketi Yunanıstanın təcili kredit ala bilməsi və müflis olmaması üçün qəbul edilməlidir. Yunanıstanın Baş naziri Corc Papandreunun Sosialist partiyası partlamentdə beş yerlə üstünlüklə paketin təsdiqinə nail olacaq. Parlamentdə səsvermə cümə axşamı günü keçirilməlidir. İqtisadi tədbirlər paketi iki günlük tətilə çağıran Yunanıstanın həmkarlar təşkilatlarının qəzəbinə səbəb olub.