Accessibility links

Google şirkəti: İstifadəçilər bilməlidir ki, onların emailləri "avtomatik proses"ə məruz qalır


Google şirkəti üzləşdiyi email istifadəçilərinin şəxsi məktublarının mətnlərinə elektronik olaraq yoxlamaq ittihamının rədd edilməsi ilə bağlı Federal Məhkəməyə müraciət edib.

Google şirkəti bildirib ki, bütün email istifadəçiləri elektron məktublarının “avtomatik prosesə” məruz qalacağını gözləməlidirlər.

ABŞ-ın Kaliforniya ştatında qaldırılmış məhkəmə iddiasına görə internet nəhənginın emailləri açıb oxuması, Kaliforniyanın özəl hüquqlarına və telefon danışıqlarının izlənilməsinə dair federal nizamnaməsinə ziddir.

Google gmail mesajlarında buna dair məlumatlandırmanın olduğunu və emaillərin heç bir insanın oxumadığını bildirdiyini deyib.

Məhkəmə iddiası sabiq kəşfiyyat orqanının kontraktoru Edvard Snoudenin sızdırdığı ABŞ Milli Təhlükəsizlik Agentliyi Google və digər ABŞ İnternet şirkətlərindən istifadə edərək insanlar haqda gizli məlumatlar toplamasından sonra həssas bir zamana təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG