Accessibility links

Gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi etiraz aksiyası keçirib


Gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi etiraz aksiyası keçirib
Gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi etiraz aksiyası keçirib

Təşkilatçılar aksiyanı fleşmob stilində - əllərində həbs olunanların portretlərini tutaraq şüar səsləndirmədən sakit şəkildə Milli Parkdan keçməklə keçirmək istəyib. Lakin polis cəhdin qarşısını alıb. Bu zaman gənclər “İstefa!”, “Gənclərə azadlıq!” şüarları səsləndirib. 4 nəfrə gənc fəal saxlanıb.

Mayın 22-də axşam saatlarında bir qrup gənc Milli Parkda həbs olunan gənc fəalların azadlığa buraxılması tələbi ilə aksiya keçirib. Aksiyanı Gənc Siyasi Məhbusların Hüquqlarını İctimai Müdafiə Komitəsi təşkil edib.

Komitə 2005-ci ildən həbsdə olan AXCP Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, bu ay həbs olunmuş Cabbar Savalanlı və Bəxtiyar Hacıyev, həmçinin müxalifətin 2 aprel mitinqi ilə əlaqədar həbs olunmuş Tural Abbaslı, Əhəd Məmmədli, Elnur Məcidli, Cavid Mehrəliyev, Rüfət Hacıbəyli, Elnur İsrafilov, Ülvi Quliyevin hüquqlarını müdafiə edir.

Təşkilatçılar aksiyanı fleşmob stilində - əllərində həbs olunanların portretlərini tutaraq şüar səsləndirmədən sakit şəkildə Milli Parkdan keçməklə keçirmək istəyib. Lakin polis cəhdin qarşısını alıb. Bu zaman gənclər “İstefa!”, “Gənclərə azadlıq!” şüarları səsləndirib. 4 nəfrə gənc fəal saxlanıb.

Gənc Siyasi Məhbusların Hüquqlarını İctimai Müdafiə Komitəsinin icraçı koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Səbail rayon məhkəməsi ictimai asayişi pozduqlarına görə aksiya iştirakçıları Ağasif Şakiroğlunu və Orxan Carçıyevi 8 sutka, Cəmil Hacıyev və Emin Fərhadini isə 7 sutka inzibati həbs cəzasına məhkum edib.

XS
SM
MD
LG