Accessibility links

Almaniyanın iqtisadi tədqiqatlar institutu ölkənin tənəzzül astanasında olduğunu bildirir


Almaniyada biznes əminliyi iyul ayında gözləniləndən daha çox aşağı düşüb. Bu, Münhendə yerləşən İfo İqtisadi Tədqiqatlar Mərkəsinin yaydığı biznes mühiti sorğusu nəticəsində müəyyən edilib. Mərkəzin 25 iyulda ictimailəşdirdiyi sorğuya əsasən yüksək enerji qiymətləri və yaxınlaşan qaz qıtlığının Avropanın ən böyük iqtisadiyyatını tənəzzül astanasına gətirib.

İfo institutunun yaxından izlədiyi biznes mühiti indeksi 88,6-ya düşüb. Bu, iki ildən artıq dövr üçün ən aşağı göstəricidir və Reuters-in təhlilçilər arasında keçirdiyi sorğuda müəyyən edilən 90,2 gözləntisindən aşağıdır.

"Tənəzzül qapını döyür. Bunu artıq inkar etmək olmaz" - deyə, İfo İnstitutunun sorğu rəhbəri Klaus Volrabe bildirib.

Almaniya bu qış Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasından sonra nəsillər ərzində görünməmiş qaz qənaəti hədəsi ilə üzləşir. Qərb Rusiya prezidenti Vladmir Putini Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalara cavab olaraq həmin ölkələri enerji ilə imtahana çəkməkdə ittiham edir.

Rusiya hal-hazırda Ukrayanda millətçilərlə qarşı “xüsusi hərbi əməliyyat” keçirdiyi bildirir.

Rusiya bu ay Baltik dənizi vasitəsilə Almaniyanı qazla təmin edən “Şimal axını 1” boru kəmərini 10 günlük təmir müddətinə bağladı və bəziləri bu müddətin uzadılacağından ehtiyat edir.

Qazın nəqli cümə axşamı bərpa edildi, amma yalnız 40% güc ilə. Volrabe Reuters-ə müsahibəsində deyib ki, əgər Almaniyaya qaz nəqli bu səviyyədə davam edərsə, “heç bir tənəzzül olmayacaq”.

Bununla belə, Almaniyanın qaz şəbəkəsi tənzimləyicisi cümə günü bildirib ki, boru kəməri ilə qazın nəqli yalnız 40%-lə davam edərsə, ölkə qışdan qorunmaq üçün “əlavə tədbirlər” görməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG