Accessibility links

Gürcüstan etirazlara görə Rusiyanı günahlandırır - 240-da çox insan ciddi xəsarət alıb


Gürcüstan prezidenti Tbilisidə baş qaldıran etirazların Moskva tərəfindən qızışdırıldığını deyib və Rusiyanı düşmən və işğalçı adlandırıb. Kreml isə etirtazları anti-Rusiya adlandıraraq, Gürcüstanın radikal siyasətçilərini günahlandırıb.

Gürcüstanın paytaxtında zorakılıqlar prezident Salome Zurabişvilinin sərt bəyanatından sonra başlayıb. Cümə axşamı polis Rusiya qanunvericisinin olduğu parlament binasına hücum edən etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməyə məcbur olub.

Qarşıdurma zamanı etirazçılar polisə daş və butulkalar atıb, polisin qalxanlarını əllərindən alıb. Polis işçiləri də daxil olmaqla, 240-da çox insan ciddi xəsarət alıb. 2 nəfərin görmə qabiliyyətini itirdiyi bildirilir.

"Rusiya bizim düşmənimizdir və işğalçıdır. Onun idarə etdiyi bir qrup satq;n insan açıq aqressiyadan daha təhlükəlidir" - deyə, prezident Zurabişvili öz Facebook səhifəsində yazıb.

`Gürcüstan Arzusu` partiyasının baş katibi Kaxa Kaladzenin bildirdiyinə görə, bir gün əvvəl Tbilisidə zorakılıqlarla nəticələnən etiraz aksiyasından sonra Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

Etirazlar iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləməsindən sonra başlayıb.

XS
SM
MD
LG