Accessibility links

Mixeil Saakaşvilinin orqanizmində arsenik zəhəri aşkar edilib


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili

Vəkil Şalva Xaçapuridze bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin orqanizmində arsenik (siçan zəhəri) aşkar edilib. Bu barədə Mtavari kanalı məlumat yayıb.

Onun sözlərinə görə, tədqiqatın nəticələrini ABŞ-ın aparıcı toksikoloqlarından biri araşdırır. "Biz hələ dırnaq testlərinin cavabını almamışıq, onlar bu gün gələcək. Lakin telefonla aldığımız məlumata görə, araşdırmalar nəticəsində başqa bir maddə, arsenik aşkarlanıb" - deyə, telekanal sitat gətirib.

"Exo Kavkaza" nəşri yazıb ki, Saakaşvili apreldən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun yaxınları və ailə üzvləri eks-prezidentin həyatının təhlükədə olduğunu deyib.

"Empatiya" mərkəzinin rəhbəri Maryam Jişkariani onun Qeyri Hökumət Təşkilatı tərəfindən aparılan ekspertizanın Saakaşvilinin zəhərləndiyini göstərdiyini iddia edib. O bildirib ki, ABŞ-da aparılan araşdırmaya əsasən, Saakaşvilinin bədənində vismut, barium və civə aşkar edilib.

Gürcüstanın deputatı Mixeil Saakaşvilinin səhhətindəki ciddi problemlərlə bağlı bunları deyib: "İki aydır ki, temperaturu 39-dur. Çox arıqlayıb".

Saakaşvili 2021-ci il sentyabrın 29-da qanunsuz olaraq Gürcüstana qayıdıb və dərhal həbs edilib. O, əvvəllər vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə 6 və 3 il müddətinə azadlıqdan məhrum edilib. Eks-prezidentə qarşı daha 3 cinayət işinə şəhər məhkəməsində baxılır.

Həbs edildikdən sonra Saakaşvili aclıq aksiyasına başlayıb və səhhəti bundan sonra kəskin şəkildə pisləşib. May ayında o, Vivamedi özəl xəstəxanasına köçürülüb. Onun məhkəməsi davam edir, lakin son aylar Gürcüstanın sabiq prezidentinin məhkəməyə fiziki olaraq gələ bilməməsi səbəbindən məhkəmə iclasları ləğv edilib.

Saakaşvilinin noyabrın 28-də məhkəməyə gələcəyi gözlənilirdi. Onun vəkili Xaçapuridze bildirib ki, o, məhkəməyə gəlmək qərarına gələrsə, o, ya xərəklə, ya da əlil arabasında aparılacaq. Lakin Vivamedi klinikasının həkimləri səhhətinə görə Saakaşvilinin məhkəməyə aparılmasına icazə verməyib və hakim məhkəmənin yenidən təxirə salınmasına qərar verib.

Bundan əvvəl Saakaşvilinin vəkilləri siyasətçidə demensiya və vərəm də daxil olmaqla, otuzdan çox xəstəlik aşkarlandığını bildirmişdi. Onun müdafiəçiləri və ailəsi təkid edir ki, siyasətçi təcili olaraq Gürcüstan xəstəxanasından çıxarılmalı və xaricdə müalicə olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG