Sabiq ABŞ prezidenti George W. Bush Yaxın Şərqdə və başqa yerlərdə avtoritar idarəçiliyə qarşı çıxanları alqışlayıb. O, bu növ rejimlərin yıxılmasından sonra üzləşiləcək qeyri-müəyyənlikdən qorxmamağa çağırıb.
Cənab Bush çərşənbə axşamı Vaşinqtonda nitq söyləyib. Burada o, bütün dünya boyu siyasi dissidentlərlə video müsahibələrin toplumunu təşkil edən layihəyə başlayıb.
Sabiq Respublikaçı prezidenti bildirib ki, Yaxın Şərqdə baş qaldıran Ərəb Baharı kommunizmin süqutundan bəri avtoritar idarəçiliyə ən böyük sınağdır.
Cənab Bush bildirib ki, ABŞ hər yerdə demokratik islahatları dəstəkləməlidir.
Kolleksiyanın açılışı haqda danışan sabiq prezident deyib ki, əsas məqsəd həyatlarını azadlığa həsr etmiş insanları şərəfləndirmək və onların nailiyyətlərini önə çəkməkdir.