Accessibility links

Bakı Hərbi Məhkəməsi general-leytenantı həbsdə saxlayıb


Bakı Hərbi Məhkəməsi general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.

Məhkəmədən verilən məlumata görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov martın 16-da həbs olunub. O, qəsdən adam öldürməkdə ittiham olunur. İlkin istintaq dövrü üçün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

56 yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

XS
SM
MD
LG