Accessibility links

Reyn Dav: "Əsas görünüşünüz deyil, məramınızdır" [Video]


Reyn Dav - transgender model
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Reyn Dav - transgender model

Siz yəqin ki, onu moda jurnallarında görmüsünüz. Reyn Dav həm qadın, həm də kişi paltarlarının nümayişində ikonaya çevrilməyə başlayıb. 27 yaşlı Reyn Dav həm model, həm aktrisa, həm də fəal kimi Nyu-Yorkda uğur qazanıb.

“Mən fərqli olduğum üçün məmnunam. Bu unikallıq mənim çox xoşuma gəlir. Bu mənəm. Mən adi qadın deyiləm və bu o demək deyil ki, mən gözəl deyiləm. Məmim fikrimcə gözəl qız belə olur” deyə, o bildirir.

Mən fərqli olduğum üçün məmnunam. Bu unikallıq mənim çox xoşuma gəlir.

Podiumda və ya jurnallara çəkilərkən Reyn Dav hər iki cinsi, həm qadın, həm də kişi paltarlarını nümayş etdirir. 1 mets 86 sm boyu, kəskin üz cizgiləri, atletik bədəni və qısa saçı olan Reyn çox zaman ya kişi, ya da trans-gender qadın kimi qəbul edilir. “Mən trans-gender olduğum üçün nə təhqir olundum, nə də utandım. Burada utanmalı bir şey yoxdur. Məni insan olmağım, məramlarım maraqlandırır.”

Reyn Dav Vermontun kiçik bir qəsəbəsində boya-başa çatıb. Məktəbdə oxuyarkən uşaqlar ona gülərdi, çünki o, başqalarından fərqli idi. Məktəbi bitirdikdən sonra isə o, yanğınsöndürən və dülgər kimi ağır işlərdə işləyib.

Model kimi karyerasına isə o, kişilər üçün alt paltarı nümayiş etməklə başlayıb. “Mən insanlara çatdırmaq istəyirdim ki, məsələ nə xarici görünüşdə, nə də bədəndədir, Burada sizin bilmədiyiniz daha vacib bir şey var. Burada məsələ nə bədəninizin ölçüsündə, nə yaşınızda, nə də görünüşünüzdədir, məsələ sizin məramınızdadır.”

Burada məsələ nə bədəninizin ölçüsündə, nə yaşınızda, nə də görünüşünüzdədir, məsələ sizin məramınızdadır.

Reyn Dav sosial mediada hər iki cinsi təmsil edir. Onu bəzən kişi, bəzən qadın imicində görmək olur və o, hər ikisində gözəl görünür. Dav özünü “gender kapitalist” adlandırır. Onun fikrincə kişi və ya qadın olmaq vacib deyil, vacib insan olmaqdır. “Yaşınızdan asılı olaraq, sizə valideynləriniz, müəllimləriniz və ya hökumət rəsmiləri necə yaşamanızı, necə geyinmənizi, kimi sevə bilmənizi, haraya gedə bilmənizi, yəni hər şeyi diqtə edirlər. Yəni sizin öz seçiminiz demək olar ki, olmur. Mən həmin insanlara demək istəyirəm ki, bütün bunlar müvəqqətidir. Özünüzə əziyyət verməyin, vaxt gələcək siz müstəqil olacaqsınız.”

Bir vaxtlar Reyn Davı ələ salıb gülənlərin ağlına belə gəlməzdi ki, o, belə nailiyyətlər əldə edəcək.

XS
SM
MD
LG