Accessibility links

Bir tələbənin diplom işi – “Gənclərin Səsi Radiosu” [Audio]


Bir “oyuncaq” mikrofonla fəaliyyətə başlayan layihə hazırda 24 saat yayımlanır - Azər Nəzərovla müsahibə

“Gürcüstan İctimai İşlər Universitetində oxuyarkən diplom işim “Media Menecment” baradə idi. Təsis etdiyim radio mənim diplom işim idi”. Bu sözləri Amerikanın Səsinə müsahibəsində “Gənclərin Səsi” onlayn radionun rəhbəri Azər Nəzərov deyib. Onun sözlərinə görə, o zaman məqsədi ənənəvi mediaya yeni media alətlərini inteqrasiya etmək olub. İlk olaraq mobil radio kimi fəaliyyətə başlayan layihə daha sonra təkmilləşək ənənəvi radioya çevrilib.

please wait

No media source currently available

0:00 0:09:41 0:00
Direct link

Azər Nəzərov, Gənclərin Səsi Radiosu
Azər Nəzərov, Gənclərin Səsi Radiosu
“2011-ci ilin may ayında diplom işimi müdafiə edəndən sonra da radionun fəaliyyəti davam etdirdik”, deyə bildirən Azər Nəzərov ilk yayımın platformasının bir bloqdan olduğunu dilə gətirir: “O zaman bir “oyuncaq” mikrofonumuz var idi. Həmin ərəfələrdən indiyədək yayımlarımızı artırmışıq. Əvvəllər həftədə ancaq bir dəfə bir verilişlə yayımlanırdı. Bu proses sonralar həftədə iki dəfə canlı yayım və iki reportajla davam etdi. Daha sonra həftənin hər günü bir veriliş və bir reportajla efirə çıxdıq. İndi isə radio artıq 24 saat yayımlanır. Paket verilişlər, canlı efirlər var. Hər gün orta hesabla 4 canlı yayım və eyni zamanda öncədən hazırlanmış paket verilişlər nəzərdə tutulub”.

Gənclərin Səsi Radiosunun kollektivi
Gənclərin Səsi Radiosunun kollektivi
Bəs görəsən radionun adına uyğun olaraq dinləyiciləri də yalnız gənclərdirmi? Layihənin rəhbəri deyir ki, məqsəd bir qədər fərqlidir. Belə ki, radionun əsas işçi qüvvəsi təcrübə proqramı ilə çalışan gənclərdir. “Məsələlərə gənclərin gözü ilə baxmağa çalışırıq. Bu o, demək deyil ki, ancaq gənclərə dair mövzulara toxunuruq, xeyr, əksər mövzularımız gənclərin yaş həddindən bir az yuxarıdır. Amma istəyirik ki, məsələlərə gənclərin gözü ilə baxaq. Gənclərin səsi olmağı bacarmışıq” – deyə Azər Nəzərov Amerikanın Səsinə müsahibəsində bildirib.
XS
SM
MD
LG