Accessibility links

Gənc fəallara 15 sutka həbs verilib (yenilənib)


Ülvi Həsənli və Kənan Qasımlı
Ülvi Həsənli və Kənan Qasımlı

Vəkil həbsin sifarişli olduğunu bildirib.Gənclər polisə tabe olmamaqda günahlandırılır


Səbayel rayon məhkəməsi iyulun 14-də saxlanan gənc fəallar Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı barəsində inzibati qaydada 15 sutka həbs seçib.
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ittiham olunur.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, gənc fəalların həbsi sifarişlidir. "Mən gənclərlə döhbət etmişəm. Onlar deyir ki, polisə müqavimətdən söhbət gedə bilməz", vəkil qeyd edib.

***

Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərib. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Ü.Həsənli “Azad Gənclik” hərəkatının sədridir, M.Mərcanlı bu təşkilatın üzvüdür. Onların hər ikisi Milli Şuranın da üzvləridir. K.Qasımlı NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvüdür.

Onlar ötən gün Bakı metropoliteninin Polis İdarəsi tərəfindən saxlanılıb.
XS
SM
MD
LG