Accessibility links

Qəzzada üç fələstinli edam edilib (YENİLƏNİB)


Həmas döyüşçüləri
Həmas döyüşçüləri

Qəzza zolağına nəzarət edən Həmas rəsmiləri üç fələstinlinin edam olunduğunu bildirib. Həmas rəsmilərinin sözlərinə görə, asılmaqla edam edilmiş üç nəfər Qəzzadan olub. Onlardan biri İsraillə əməkdaşlıq etmək, ikisi isə qətl törətdiklərinə məhkum edilmişdi.

Daxili İşlər nazirliyi edam edilən şəxslərin adlarını açıqlamayıb. Fələstin idarəçiliyinin qanunları ilə İsrailə yardım göstərmək ittihamı ilə ölüm hökmü nəzərdə tutulur. Qanuna görə,ölüm hökmünün icrası Fələstin prezidenti Mahmud Abbas tərəfindən təsdiq edilməlidir. Lakin Həmas bu rəsmi prosedura əməl etməyib.

Həmas Aralıq dənizi sahilində yerləşən Qəzza zolağının nəzarətini 2007-ci ildə ələ keçirib. Birləşmiş Ştatlar, Avropa İttifaqı və bir sıra başqa ölkələr Həması terrorçu qrup kimi tanıyır.

Həmas və Fələstin Muxtariyyəti arasında fikir ayrılıqlarına son qoymaq və Mahmud Abbasın rəhbərliyi altında birləşmək haqda bir neçə dəfə razılıq əldə edilib. Mahmud Abbas 2005-ci ildə Fələstin Muxtariyyətinin prezidenti seçilib və 2009-cu ildə vəzifə müddəti bitməsinə baxmayaraq, bu vəzifədə qalmağa davam edir.

XS
SM
MD
LG