Accessibility links

Böyük Yeddilər Rusiya neftinə qiymət həddi tətbiq etmək barədə razılığa gəlib


Ukrayna Prezidenti Volodimir Zelenski (mərkəz), Avropa Şurasının prezidenti Şarl Mişel (sol) və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen (sağ). Kyiv, Ukrayna. 3 fevral, 2023.
Ukrayna Prezidenti Volodimir Zelenski (mərkəz), Avropa Şurasının prezidenti Şarl Mişel (sol) və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen (sağ). Kyiv, Ukrayna. 3 fevral, 2023.

Böyük Britaniya Müdafiə Nazirliyi şənbə günü gündəlik kəşfiyyat hesabatında bildirib ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərini rəsmi olaraq Rusiyanın Cənubi Hərbi Dairəsinə birləşdirib. Nazirlik inteqrasiya xəbərinin TASS-ın Donetsk və Luhansk, eləcə də Zaporijja və Xerson vilayətlərinin Rostov-na-Donuda qərargahlanan üçulduzlu komandanlığının tabeliyinə verilməsi ilə bağlı məlumatına əsaslanır.

Ancaq hesabatda bildirilir ki, bu addımın Rusiyanın Ukraynanı işğalına “dərhal təsir göstərmək ehtiamlı azdır.”

Böyük Yeddilər qrupu cümə günü Rusiyanın ixrac etdiyi emal olunmuş neftə qiymət həddi tətbiq etmək barədə razılığa gəlib.

ABŞ-ın maliyyə naziri Canet Yellen bəyanatında bildirib ki, bu razılıq dekabr ayında Rusiyanın xam neft ixracına tətbiq edilən qiymət həddinə bənzəyir və “bizim Rusiyanın qanunsuz müharibəsinin maliyyələşdirilməsində əsas gəlir mənbəyini məhdudlaşdırmaq məqsədimizə nail olmağa kömək edir.”

Rəsmilər deyir ki, qiymət həddi iki səviyyədən ibarətdir – Rusiya dizelinin və xam neftdən daha bahaya satılan başqa yanacaq növlərinin barelinə 100 dollar və xam neftin qiymətindən daha ucuza satılan neft məhsullarının barelinə 45 dollar.

Qiymət həddi Avropa İttifaqının Rusiyanın neft məhsulları ixracına tətbiq etdiyi qadağanın bazar ertəsi qüvvəyə minməsi gözləndiyi bir vaxta təsadüf edir.

Bundan öncə isə cümə günü Aİ rəsmiləri Ukraynaya Rusiyanın davam edən müharibəsinə qarşı infrastrukturunu bərpa etmək üçün sarsılmaz dəstəklərini vəd ediblər, ABŞ isə 2 milyard dollardan çox dəyərində yeni təhlükəsizlik yardımını açıqlayıb.

Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen 24-cü Aİ-Ukrayna Sammiti çərçivəsində Kyivdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Aİ rəsmiləri deyib ki, ittifaq Ukraynaya “nə qədər lazım olsa” dəstək verəcək.

Rəsmiləri cümə günü birgə bəyanat yayaraq Ukraynanın dağılan kritik infrastrukturunu bərpa etməyi, ölkəni “qışı yola verməsi” üçün enerji dəstəyi və xidmətlərlə təmin etməyi vəd ediblər. Onlar deyir ki, indiyədək Aİ və onun üzv ölkələri enerji və yenidənqurma sahəsi üçün 570 milyon, humanitar səylər üçün isə əlavə 525 milyon dollar yardım verib.

Rəsmilər Ukraynanın Avropa İttifaqına inteqrasiyasını təşviq etməyə sadiqliklərini vurğulayıblar, ancaq üzvlüyün sürətləndiriləcəyinə söz vermədiklərini deyiblər.

Kyiv Rusiyanın hərbi müdaxiləsindən qısa müddət sonra Aİ üzvü olmaq üçün müraciət edib və mümkün qədər tez bir zamanda üzvlüklə bağlı rəsmi danışıqlara başlamaq istəyir.

“Sərt vaxt qrafiki yoxdur, amma, amma nail olmalı olduğunuz hədəflər var”, - von der Leyen mətbuat konfransında Ukraynanın üzv olmaq istəyi ilə bağlı suala cavabında deyib. Ukraynanın Aİ-yə inteqrasiyası üçün şərtlərdən biri onun korrupsiyaya qarşı mübarizəsidir. Aİ Komissiya sədri Kyivi korrupsiya ilə mübarizədə göstərdiyi geniş səylərə görə alqışlayıb.

Mişel və von der Leyen Rusiyanın Ukrayna və onun vətəndaşlarına qarşı müharibəsini qınayıb və bunu “beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin prinsiplərinin açıq-aşkar pozulması” adlandırıb.

Onlar Ukraynaya qarşı hərbi cinayətlərin araşdırılması və mühakimə olunması üçün Haaqada Xüsusi Tribunalın yaradılmasının zəruriliyini vurğulayıblar.

Onlar həmçinin vurğulayıblar ki, Avropa İttifaqı heç vaxt Ukraynanın Rusiya tərəfindən qanunsuz ilhaqını qanuni kimi tanımayacaq.

Bundan əlavə von der Leyen deyib ki, Aİ rəsmiləri Rusiyaya qarşı yeni, 10-cu sanksiya paketini açıqlayıblar. Bu yeni sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklərən ticarət və texnologiyanı hədəf alcaq.

“Biz tərəfaşlarımızla birlikdə Rusiyanın ukraynalı mülki vətəndaşları öldürmək, evləri və ofisləri dağıtmaq vasitələrindən məhrum etməliyik”, o, Twitterdə bildirib.

XS
SM
MD
LG