Accessibility links

Güneyli milli fəal Ruzbeh Piri həbs edilib


Ruzbeh Piri
Ruzbeh Piri

Təbriz sakini olan milli fəal Ruzbeh Piri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Ruzbeh Pirinin qardaşı Yaşar öz Instagram səhifəsində qardaşının həbs edilmə xəbərini paylaşaraq, təhlükəsizlik qüvvələrinin qardaşını döyərək nəzarət altına aldığını qeyd edib.

Həbs edilən fəalın saxlanılma səbəbi, ona qarşı irəli sürülən ittihamlar və saxlanıldığı yer haqda hələ ki, məlumat yoxdur.

Ruzbeh Piri daha öncə təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qalan qardaşı Yaşar Pirinin durumu ilə bağlı sosial mediada məlumat paylaşdığı üçün Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılaraq “yalan xəbər yaymaq” ittihamı ilə 5 milyon tümən cərimə ödəmək cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi Ruzbeh Pirinin cərimə hökmünü qüvvədə saxlayıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı həbs və mühakimə edilib.

Ruzbeh Piri 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Ruzbeh Piri kompyuter mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb və hazırda hüquq ixtisasında magistr tələbəsidir.

XS
SM
MD
LG