Accessibility links

Güneyli fəal Şahin Bərzigərin məhkəmə iclası keçirilib


Şahin Bərzigər
Şahin Bərzigər

İyulun 24-də Təbrizdə keçirilən etiraz mitinqi ilə əlaqədar həbs edilən milli fəal Şahin Bərzigərin məhkəmə iclası sentyabrın 12-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsində keçirilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Şahin Bərzigər həmin məhkəmə iclasında müstəntiq tərəfindən “Telekommunikasiya sistemi vasitəsilə kütləvi iğtişaşa çağırış etmək” ittihamı ilə təqsirləndirilib və son müdafiəsini prokurora təqdim edib.

Şahin Bərzigər iyulun 22-də, etiraz mitinqinə çağırış tarixindən 2 gün əvvəl şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, nəhayət avqust ayının 14-də Təbriz Mərkəzi Həbsxanasından mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Təbrizdə keçirilən etiraz mitinqi ilə əlaqədar saxlanılan digər 5 milli fəal Şənbə günü sentyabrın 11-də mühakimə edilərək, bənzər ittihamlarla üzləşiblər.

Bərzigər Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən saxlanılaraq dindirilmək üzrə həmin idarənin təcridxanasına köçürülmüşdü. Milli fəala gecə saatlarında ailəsilə telefon əlaqəsi qurmağa imkan verilmişdi.

İran Azərbaycanının siyasi təşkilatları və milli fəallarının Xuzistan bölgəsində həftələrlə davam edən etirazlara dəstək məqsədilə 24 iyul tarixinə verilən çağırış nəticəsdində Təbrizdə etiraz mitinqi keçirilmişdi. İran polisi və təhlükəsizlik qüvvələri digər şəhərlərdə əhalinin toplaşmasına icazə verməmişdilər.

Təbrizdə keçirilən etiraz mitinqində əhali, ölkənin cənub qərbində yerləşən Əhvaz bölgəsində ərəb icmasının etirazlarına dəstək məqsədilə “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirərək hökumətin siyasətlərinə etiraz etmişdilər.

XS
SM
MD
LG