Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanov beş gündür aclıq edir, o yanvarın 6-da aclığa başlayıb.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, jurnalist kassasiya şikayətinə baxılmasının artıq bir ildir gecikdirilməsinə, həbsinin qanunsuz olmasına etiraz olaraq aclığ edir.