Accessibility links

“Gözəllik ondur, doqquzu dondur” - Manhettenin göz qamaşdıran vitrinləri

Dəblə ayaqlaşan, alış-veriş etməyi sevən hər kəs Manhettenda yerləşən əfsanəvi Beşinci Avenyu küçəsindən xəbərdardır. Rəngarəng vitrinlər, ecəzkar əlbisələr və çox bahalı qiymətlərlə diqqət çəkən Beşinci Avenyu, artıq 100 ildən çoxdur ki, dəbdəbəli alış-verişin ünvanıdır.

Dünyanın hər yerində pul qazanan insanlar tək bir küçədə birləşərək sərmayelərini göz qamaşdıran zinyət əşyalarına və ya dizayner brendlərinə yatırır.

Beşinci Avenyu mağazalarını məşhurlaşdıran əsas amillərdən biri vitrinləridir. Bu vitrinlərin muzey eksponatlarından və ya interyer hariqələrindən fərqi yoxdur. Vitrinləri ilə məşhurlaşan dükanlardan biri “Berqdorf Qudman” univermaqıdır. Bu univermaqda əlbisələrini sata bilmək bütün gənc modelyerlərin xəyalıdır. 1899-cu ildə açılan univermaq bu gün də Manhettenin ən bahalı əlbisə mağazalarından biridir.“Berqdorf Qudman” Llouboutin, Armani, Prada, Dolce & Gabbana, Gucci, Versace kimi tanınmış moda evləri ilə əməkdaşlıq edir. Bu univermaq ilk dəfə “Haute couture” - yəni bir-başa moda evinin əlindən çıxan əlbisə satışı həyata keçirməsiylə tarixə düşüb.

Univermaqın daimi müştərilərinin arasında Prezident Con Kennedi, musiqiçi Con Lenon, və ABŞ-ın keçmiş prezidentinin xanımı Mişel Obamanın adını çəkmək olar.

“Berqdorf Qudman”-ın dünyaya səs salmasının əsas sirrlərindən biri satış prosesində teatr sənətinə də yer verilməsidir. Xarici görünüşün önəminə inanan şirkət açıldığı gündən bu günə qədər qeyri adi səhnə dekorasiyalarını xatırladan vitrinləri ilə insanları təəccübləndirir. Univermaqın vitrin üzrə mütəxəssisləri işlərinə həddən artıq yaradıcı bucaqdan baxmağı bacarır. Dükanın Milad bayramı dekorasiyalarının düşünülməsi və həyata keçirilməsi ilə məşğul olan komanda bu işə düz 10 ay ayırır. Hər ilin noyabr ayında Milad dekorasiyasını təhvil verən komanda Dekabrın ilk günlərindən növbəti ilin proyektini qurmağa başlayır. Milad dekorasiyalarının hazırlanması prosesində 100 nəfərlik bir komanda çalışır.

Univermaqın yaz vitrinləri May ayında "Met" adlı qala gecəsinə həsr olunub. Bu vitrinlər univermaqın Gucci markası ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Dekorasiya sənətçiləri ilhamını “Met” qalasında qeyri-adi libasları ilə diqqət çəkən ulduzlardan alıb.

Daha çox yüklə

XS
SM
MD
LG