Accessibility links

Fırtınlar Oklahoma ştatında dağıntılara səbəb olub


Bazar ertəsi güclü fırtınlar ABŞ-ın Oklahoma ştatında beysbol topu ölçüsündə dolu yağmasına səbəb olub. Xəsarət alanlar barədə xəbər verilməyib.

Bazar günün sonlarına yaxın Oklahoma ştatına çatan şiddətli fırtına özü ilə Arkanzas, Kanzas, Missuri və Texasın bəzi bölgələrinə güclü yağışlar və külək gətirib. Və bu həftə sonuna qədər ABŞ-ın mərkəzi hissələrində fırtınalı havanın hökm sürəcəyi proqnozlaşdırılır.

Tulsa Milli Hava Xidmətinin baş meteoroloqu Çak Hodqes oktyabr ayında Cənub Düzənliklərində ağır hava şəraitinin hökm sürməsinin qeyri-adi hal olmadığını bildirir.

"Bölgədə qeyri-adi yüksəklikdə rütubət və çox güclü bir hava sisteminə sahibik" - deyə, o əlavə edib.

"Bazar günü tornadonun Oklahomada dağıntılara səbəb olması xəbərləri gəldikdən sonra hava xidməti ilə araşdırma qrupları tornadonun təsrilərini müəyyənləşdirmək üçün bazar ertəsi oraya doğru yola düşüb" - deyə, Hodqes bildirib.

Xəbər agentlikləri bildirir ki, tornado bazar günü Tulsa ətrafındakı bir məktəbə, evlərə və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan vurub. Bölgədəki ictimai məktəblərdə dərslər təxirə salınıb.

Oklahoma şəhərindən təxminən 32 kilometr cənubda yerləşən Norman şəhərində beysbol topu ölçüsündə yağan dolu pəncərələr və avtomobillərin şüşələrini sındırıb.

XS
SM
MD
LG