Accessibility links

Fukuşima: Ərzağımız təhlükəsizdir [Video]


Fukuşima: Ərzağımız təhlükəsizdir
please wait

No media source currently available

0:00 0:03:22 0:00

رای گیری انتخابات ریاست جمهوری آمریکا &nbsp;، در ایالت کالیفرنیا<br /> عکس ارسالی: زهرا هاشمی پور

Regionun bütün məhsulları radiasiya testi olunurlar

Dünyanın müxtəlif guşlərindən minlərlə nümayəndə BMT konfransı üçün ötən həftə Yaponiyada faciə yardımını müzakirə etmək üçün toplaşıblar. Dörd il öncə Yaponiyada tsunami, ardınca isə Fukuşimada nüvə fəlakəti baş vermişdi. İndi yerli rəsmilər fürstdən istifadə edərək, regionu canlandırmaq üçün sərf etdikləri səyləri sərgiləmək istəyirlər.

Şimali Yaponiyanın başı qarlı dağlarının kölgəsində yerləşən Kazuhiro Vatanabenin çiyələk ferması məhsuldarlığının zirvəsindədir. Ancaq son zamanlar dadlı məhsulu satmaq çətinləşib, çünki Vatanabenin parnikləri Fukuşimada yerləşir, baxmayaraq ki, zədələnmiş atom elektrik stansiyasında uzaq məsafədə yerləşir.

Son sorğulara əsasən, Fukuşimada yetişən məhsulların satışı Yaponiynın digər yerlərində satılan məhsulların 70-80 faizini təşkil edir. Bu, o deməkdir ki, insanların düşüncələri tədricən dəyişir

“Zəlzələ baş verəndə çiyələyin yetişmə mövsümü idi. Ondan sonra mən müştərilərimin yarısını itirdim”.

Vatanabe işlərin yavaş-yavaş düzəldiyini deyir.

“Son sorğulara əsasən, Fukuşimada yetişən məhsulların satışı Yaponiynın digər yerlərində satılan məhsulların 70-80 faizini təşkil edir. Bu, o deməkdir ki, insanların düşüncələri tədricən dəyişir”.

Regionun bütün məhsulları Fukuşima Kənd Təsərrüfatı Texnologiya mərkəzində radiasiya testi olunurlar. Rəsmilər bildirir ki, Yaponiyanın təhlükəsizlik standatları radioaktiv sezium səviyyələrinə görə ABŞ və Avropadan on dəfə sərtdir.

Mərkəzin rəhbəri onların fəaliyyətinin üzərindəki beynəlxalq nəzarəti xüsusilə qeyd edir.

“Biz düyü və digər kənd təsərrüfatı mallarının radioaktiv materialları özünə çəkmə sürətini araşdırmaq məqsədilə, Beynəlxalq Atom Enerjisi Təşkilatı daxil olmaqla, bir sıra beynəlxalq təşkilatla əməkdaşlıq etmişik”.

Növbəti dayanacaq hər gün 3000-dən çox məktəb naharı hazırlayan fabrikdir.

“Fukuşimanın yaxınlığında yerləşən bu binada qida təhlükəsizliyini əhatə edən ən vacib işlər görülür, yəni məktəb yeməklərinin radiasiyası yoxlanılır”.

Nümunələr radioaktiv izotop sınağından keçmədən öncə blenderə qoyulur. Rəsmilər prosesin tamamilə şəffaf keçdiyini bildirir.

“Biz nəticələri Fukuşima şəhərinin vebsəhifəsində yerləşdiririk. Bundan əlavə biz məkətb yeməklərinin tərkibindəkilər barədə informasiyanı hər bir valideyinə göndəririk”.

Dünyada Fukuşimanın imici çox da yaxşı deyil. Mənim arzum isə bütün hamıya Fukuşimada baş verənləri çatdırmaqdır

Fukuşima yenidən bərpa olmağa çalışır və region minlərlə nümayəndənin gəlişindən səylərini sərgiləmək üçün fürsət kimi istifadə edir. Bu səfəri yerli hökümət rəsmisi Mayumi Suzuki təşkil edib.

“Dünyada Fukuşimanın imici çox da yaxşı deyil. Mənim arzum isə bütün hamıya Fukuşimada baş verənləri çatdırmaqdır, elə ona görə də bu səfəri təşkil etmişəm”.

Ətraf mühiti mühafizə qrupları tərəfindən beynəlxalq nəzarət Fukuşimanın bəzi yerlərində radiasiyanın çox olduğu yerləri açıqlayıb, amma ərzaq bazarında heç bir radiasiyaya rast gəlinməyib.

Yaponiyada bir zamanlar məhsullarına görə tanınana bu regionda, fermerlər və balıqçılar nüvə qəzası ilə hallandırılan Fukuşimanın adını islah etməyə çalışırlar.

XS
SM
MD
LG