Accessibility links

Fuad Qəhrəmanlı, Tale Bağırzadə və digərlərinin cərimə kamerasına salındığı bildirilir [Audio-müsahibələr]


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası

Vəkilin onlarla görüşünə icazə verilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavinlərindən Fuad Qəhrəmanlı və “Nardaran işi” üzrə məhkum edilən “Müsəlman Birliyi” Hərəkatının lideri Tale Bağırzadə, onun müavini Abbas Hüseyn, Əli Nuriyev saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salındığı barədə məlumatlar yayılıb.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində məhkum olunmuş şəxslərin “cərimə kamerası”na salınması barədə yayılan xəbərlərin real olması ilə bağlı şübhə qalmadığını deyib.

Vəkil Yalçın İmanovla müsahibə
please wait

No media source currently available

0:00 0:02:48 0:00

“Mən iyulun 24-də həmin şəxslərlə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşmək üçün təcridxana rəhbərlıiyinə müraciət etdim. Təcridxana rəhbəriliyi hüquqlarını müdafiə etdiyim insanlarla görüşümə icazə vermədi. Bu müdafiə etdiyim insanların cərimə kamerasına salınması barədə xəbərlərin real olduğunu göstərir. Müdafiə etdiyim şəxslərlə görüşə icazə verilməməsi mənim və onların hüquqlarının pozulmasıdır. Təcridxana rəhbərliyinin hərəkətindən Penitensiar Xidmətə şikayət edəcəm”, İmanov qeyd edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur da Amerikanın Səsinə müsahibəsində Fuad Qəhrəmanlının cəza kamerasına salındığı barədə xəbərlərin doğru olduğunu deyib.

Zümrüd Yağmurun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:08 0:00

“Mənə etibarlı mənbədən Fuad Qəhrəmanlının cəza kamerasına salınması barədə məlumat daxil olmuşdu. Amma gözlədim. Çünki Fuad iyulun 22-də evə zəng etməli idi. Amma o zəng etmədi”, Yağmur qeyd edib.

Fuad Qəhrəmanlının və “Nardaran işi” üzrə məhkum edilən şəxslərin cəza kamerasına salınmasının səbəbi kimi onların Apellyasiya Məhkəməsinə etirazları göstərilir.

İyulun 20-si Bakı Apellyasiya Məhkəməsində adıçəkilən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkillərdən sonra, təqsirləndirilən şəxslərin özləri də çıxış etmək istəyiblər. Ancaq onlardan çoxu bu istəklərini gerçəkləşdirə bilməyib.

Təqsirləndirilən şəxslərdən yalnız Aqil İsmayılov və Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Hakim təqsirləndirilən şəxslərə çıxış üçün imkan yaratmayıb, çıxış üçün prokurora söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Öz ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

XS
SM
MD
LG