Accessibility links

Fuad İsmayılov iki ay inzibati həbsə məhkum edilib


Fuad İsmayılov
Fuad İsmayılov

İsmayılov seçkilərdə məntəqədə qanun pozuntusunun qarşısını alıb və səsvermənin nəticələri etibarsız sayılıb

Martın 7-də Suraxanı rayon Məhkəməsi 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılovu İnizbati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə günahlandıraraq iki ay inzibati həbsə məhkum edib.

Bu barədə Fikrət Cəfərli Amerikanın Səsinə bildirib.

“Fuad Ismayılovu Suraxanı rayon Polis Idarəsinin 32-ci Polis Bölməsi saxlayıb. O evindən çıxarkən saxlanılıb və ona verilən ittiham sifarişdir. Fuad İsmayılov narkotikin necə olduğunu belə bilmir, hətta siqaret də çəkmir. Onun həbsi 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8-ci seçki məntəqəsində səsvermə zamanı qanunsuzluğun qarşısını almasıdılr. Həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Biz məntəqədə səsvermə prosesinə müdaxilə ilə bağlı Baş Prokurorluğa müraciət etmişik. Lakin hələ müracitəimizə cavab verilməyib,” Fikrət Cəfərli Amerikanın Səsinə bildirib.

Fikrət Cəfərli seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı video da yayıb. Videoda Fuad İsmayılov səsvermə zamanı qanun pozuntusunun qarşısını alarkən polis əməkdaşları məntəqəyə daxil olur və onu zorla məntəqədən çıxarmağa cəhd edir.

Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red) yazdığına görə saxlanılmışdı.

Rəsmi qurumlar hələ İsmayılovun saxlanılması barədə məlumat yaymayıb və onun ailəsinə də hər hansı məlumat verilməyib.

XS
SM
MD
LG