Budapeşt gəncləri Fridays for Future - Gələcək üçün Cümələr hərəkatına qoşulub, iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün mart ayının sonuncu cümə günü şəhər mərkəzində yürüyüş edərək, parlament binasının önünə toplaşıblar. Həmin gün ərzində 100-dən çox ölkədə həyata keçirilən iqlim dəyişikliyi yürüşünə fərqli şəhərlərdən minlərlə gənc dəstək verib.
Gələcək üçün Cümələr hərəkatı 2018-ci ildə İsveçdə, məktəbli bir şagird olan Qreta Tunberqin başlatdığı etiraz hərəkatıdır. O, İsveçdəki meşə yanğınlarından sonra 2018-ci il 9 sentyabrda keçirilən İsveç ümumi seçkilərinə qədər məktəbə getməmək qərarı vermişdi. Tunberq hər gün məktəb saatlarında parlamentin qarşısında oturaraq, üzərində "İqlim üçün məktəb tətili" yazılmış lövhə ilə etiraz aksiyası keçirirdi. Onun tələbləri arasında İsveç hökumətinin Paris Sazişinə uyğun olaraq karbon emissiyalarını azaltması da var idi. Sentyabrın 7-də ümumi seçkilərdən bir qədər əvvəl o, İsveç Paris Sazişinə qoşulana qədər hər cümə günü tətilini davam etdirəcəyini açıqlamışdı. Bununla o hamının diqqətini cəlb edən "FridaysForFuture" şüarını yaramış və bütün dünyadakı gəncləri bu məktəb tətillərində iştirak etməyə ruhlandırmışdı.
Budapeştdə toplaşan gənclər Macarıstan hökümətinin yaşıllıq ərazilərdəki ağacları məhv etməsi və yeni tikililər inşa etməsi ilə bağlı şikayətlər edir, yaxınlaşan parlament seçkilərində hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq, emissiyaların azaldılması, təmiz hava və məsuliyyətli mühafizənin macar seçiciləri üçün əsas prioritet olduğunu göstərməyə çalışırlar.
Bu cümə günü Budapeştlə yanaşı, Berlin, Paris, Brüssel və London kimi böyük şəhərlərdə də gənclər bir araya toplaşaraq, hökümətlərin diqqətini iqlim dəyişikliyi probleminə çəkməyə çalışıblar.
Budapeştdə "Fridays for Future" - Gələcək üçün Cümələr hərəkatı
Budapeşt gəncləri Fridays for Future - Gələcək üçün Cümələr hərəkatına qoşulub, iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün mart ayının sonuncu cümə günü şəhər mərkəzində yürüyüş edərək, parlament binasının önünə toplaşıblar. Həmin gün ərzində 100-dən çox ölkədə həyata keçirilən iqlim dəyişikliyi yürüşünə fərqli şəhərlərdən minlərlə gənc dəstək verib.
Episodes
-
Oktyabr 31, 2024
Türkiyədə "Discord" platformasına giriş məhdudlaşdırılıb
-
Oktyabr 31, 2024
Pensilvaniya: Nəticəni müəyyən edə biləcək ştat
-
Oktyabr 30, 2024
Vaşinqtonda Azərbaycan “Şərbət”i
-
Oktyabr 30, 2024
Gürcüstan: Avropa və Rusiya arasında seçim
-
Oktyabr 30, 2024
Alatavada sakinləri evlərinin sökülməsinə etiraz edir