Accessibility links

Rusiyanın Ali Məhkəməsi "Rusiyanın Azadlığı" legionunu terror təşkilatı elan edib


Rusiyanın Ali Məhkəməsi "Rusiyanın Azadlığı" legionunu terror təşkilatı kimi tanıyıb. Belə ki, məhkəmə təşkilatın Ukrayna Silahlı Qüvvələrinin sıralarında rus könüllülərindən ibarət bölmə olduğunu deyib. Bu barədə RİA Novosti məlumat yayıb.

İndi bu təşkilatın bütün üzvləri hansısa cinayət törətməsindən asılı olmayaraq, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.4-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Maddədə sıravi iştirakçılar üçün on ilədək, təşkilatçılar üçün 15 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.

Eyni zamanda, maddəyə əsasən başqa cinayət törətməmiş və təşkilatı könüllü tərk edərək, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verən şəxslər cəzalandırılmır. Bu addım həbs edilməzdən, istintaq və prosessual hərəkətlərə başlanmasından əvvəl atılmalıdır.

Baş Prokurorluq bu təşkilatın terror təşkilatı kimi tanınması tələbi ilə məhkəməyə müraciət edib. Agentlik hesab edir ki, legion Ukraynada "Rusiya Federasiyasının konstitusiya qanunlarının əsaslarını sarsıtmaq, ölkədə hökuməti devirmək, o cümlədən cəmiyyətin və dövlətin təhlükəsizliyinə təhdid yaradan terror aktları törətmək məqsədi ilə yaradılıb."

"Rusiyanın Azadlığı" legionunun məqsədi təkcə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi deyil, eləcə də legionun manifestində deyildiyi kimi, "təkcə məhv etmək deyil, həm də Rusiya iqtisadiyyatını, rusların xoşbəxt gələcək haqqına sahib olmaq imkanını əllərindən alan prezident Vladimir Putinə qarşı mübarizə" hesab edir.

Dekabrın 20-də Putin təhlükəsizlik rəsmilərini xarici kəşfiyyat xidmətlərinin fəaliyyətini"ciddi şəkildə qarşısını almağa", "satqınları, casusları və təxribatçıları dərhal müəyyən etməyə" çağırıb. O, bəyan edib ki, bu istiqamətdə əks-kəşfiyyat orqanları və ordunun , "maksimum soyuqqanlılığı və cəmləşməsi" lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG