Accessibility links

Freedom House: Media azadlıqları 150-dən çox ölkədə təzyiq altındadır


Freedom House: Media azadlıqları 150-dən çox ölkədə təzyiq altındadır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Freedom House: Media azadlıqları 150-dən çox ölkədə təzyiq altındadır

Demokratiya uğrunda mübarizə dönüş nöqtəsindədirmi? Freedom House təşkilatı dünya boyu demokratiyanın artıq 17 ildir tənəzzül etdiyini bildirib. Ən böyük narahatlıqlardan biri isə media azadlığıdır.

2022-ci ildə dünya boyu azadlıqlar ardıcıl olaraq on yeddinci il azalmağa davam etdiyi bir vaxt, ABŞ-ın qeyri-kommersiya təşkilatı Freedom House müsbət bir tendensiyanın olduğunu qeyd edir: vətəndaşlar hər gün siyasi və vətəndaş hüquqlarının qorunmasını tələb edirlər.

"Biz dünyada ən repressiv mühitlərdə bunu görməyə davam etdik. Biz bunu Çində gördük, Kubada gördük, keçən il də İranda gördük," Freedom House-dan Yana Qoroxovskaya bildirir.

Qoroxovskaya deyir ki, qeyri-adekvat müdafiə, hədə-qorxu və hətta jurnalistlərə qarşı zorakılıq ən azı 157 ölkə və ərazidə media azadlığını risk altında qoyub.

"Onlar vətəndaşları məlumatlandırır, onlar səlahiyyətliləri cavabdeh tuturlar. Bunlar sağlam bir demokratiya üçün həqiqətən zəruridir," o deyib.

Qoroxovskaya əlavə edib ki, Rusiyanın senzurası Ukraynadakı müharibənin işıqlandırılması məsələsində daha da böyük ziyanlara gətirib çıxardı.

"Siz müharibəyə "müharibə" deyə bilməzdiniz. Siz Rusiya ordusunu tənqid edə bilmirdiniz, ona görə də, nəticədə Rusiyanın əksər müstəqil mediası ölkəni tərk etdi və başqa ölkədə qərargahlanmalı oldular."

Ceymstaun Fondunun araşdırmaçı jurnalisti və analitiki Kseniya Kirilova deyib ki, repressiya həmçinin adi vətəndaşları hətta VPN vasitəsilə belə etibarlı məlumat mənbələrinə çıxış əldə etməyə çalışmağa ruhdan salıb.

"Müharibə haqqında hər hansı bir həqiqi məlumatı bölüşsəniz, saxlanıla və həbs edilə bilərsiniz," Kirilova bildirib.

Artıq 15 ildir buraxılan Dünyada Azadlıq Hesabatında həmçinin Burkina Faso və Myanmadakı geriləmələr vurğulanıb.

"Biz Myanmada çevrilişi və hakim hərbi xuntanı təniq edənlərin edam olunduqlarına şahid olduq. Biz Burkina Fasoda həqiqətən də acınacaqlı bir vəziyyətin olduğunu görürük, çünki bu, siyasi institutların və insanların hüquqlarının demək olar ki, tamamilə məhv edilməsi deməkdir," Qoroxovskaya deyir.

O bunun Kolumbiya və Lesotodak vəziyyətdən kəskin şəkildə fərqli olduğunu deyir. Bu iki ölkə irəliləyişlərin olduğu 34 ölkə arasındadır.

"Gördüyümüz parlaq məqamlardan biri rəqabətli və azad seçkilərdir."

Birləşmiş Ştatların Qoroxovskayanın “narahatedici” adlandırdığı qütbləşmə ilə mübarizə baxımından görməli olduğu işlər var.

"Ancaq biz hər iki partiya tərəfindən bununla mübarizə aparmaq üçün səylər görürük," o deyir.

Qlobal miqyasda demokratiya uğrunda mübarizə davam etdiyi bir vaxt, Freem House hökumətlərə ikitərəfli əlaqələrdə belə insan hüquqlarını prioritet etməyi tövsiyyə edir.

XS
SM
MD
LG