Accessibility links

"Jurnalistlər və sponsorlar təqiblərə diqqət yetirməlidir"


Xarici ziyarətçilər iyunun 19-da keçiriləcək Formula 1 Avropa Qran Pri yarışı üçün Bakıda toplaşdığı bir vaxt Freedom House təşkilatı bəyanatla çıxış edib:

“Vətəndaşlarının fundamental azadlıqlarını təqib etməyə və müxalif səsləri boğmağa davam etməsinə baxmayaraq, Azərbaycan höküməti Formula 1 kimi idman tədbirlərindən isitfadə edərək özünü müasir və mərhəmətli hakimiyyət kimi təsvir etməyə çalışır,” deyə təşkilatın icraçı vitse-prezidenti Daniel Kalinqaert bildirir.

“Biz Bakıya gedən jurnalistləri və korporativ sponsorları yarışların parıltısı arxasında 80-dən çox siyasəti fəal, insan haqları müdafiəçisi və müxbirlərin əsassız həbsi daxil olmaqla hökümətin repressiv siyasətinə diqqət yetirməyə çağırırıq.”

"Formula-1" qran-pri yarışı
"Formula-1" qran-pri yarışı

Azərbaycan "2016 Dünyada Azadlıq" və "2016 Mətbuat Azadlığı" hesabatlarında “qeyri-azad,” "2015 İnternet Azadlığı hesabatında" “qismən azad” ölkə olaraq göstərilib və "2016 Ölkələr Keçid dövründə" hesabatında ən pis göstəricinin 7 olduğu 1-dən 7-yə qədər şkala üzrə 6,86 bal səviyyəsində qiymətləndirilib.

XS
SM
MD
LG