Accessibility links

Fransanın müdafiə naziri NATO qüvvələrinin Liviyada hücumları davam etdirəcəyini deyib


Fransanın müdafiə naziri NATO qüvvələrinin Liviyada hücumları davam etdirəcəyini deyib
Fransanın müdafiə naziri NATO qüvvələrinin Liviyada hücumları davam etdirəcəyini deyib

Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iki günlük yığıncağında çıxış edən Fransanın müdafiə naziri Jerar Lonqe ölkədə müqavimətlər davam edənədək NATO qüvvələrinin Liviyada hücumları davam etdirəcəyini deyib. Cənab Lonqe bildirib ki, Liviya lideri Müəmmər Qəzzafinin doğulduğu Sirtin ələ keçirilməsi cəhdlərinə baxmayaraq, Bani-Valid şəhərində və cənub bölgələrində vəziyyət gərgin olaraq qalır.

Liviya hərbi rəsmilərinin dediyinə görə, inqilab qüvvələri Sirti bir neçə günə ələ keçirə bilər.

XS
SM
MD
LG