Accessibility links

Fransada yaşayan azərbaycanlı blogerə hücum olub


Məhəmməd Mirzəlinin avtomobili
Məhəmməd Mirzəlinin avtomobili

"Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə qarşı növbəti hücum olub. Onun minik avtomobilini dağıdıblar, avtomobilinin kabinəsinə yazılı mesaj atıblar ki, “səni sağ buraxmayacağıq.” Bloger evini və özünü güdən şəxsin fotosunu cəkə bilib."

Bu barədə “Azadlıq” qəzeti Facebook səhifəsində məlumat yayıb.

Bundan öncə, bu il martın 14-də Məhəmməd Mirzəliyə soyuq silahla hücum olub.

Mirzəli bir neçə şəxsin ona bıçaqlarla zərbələr endirdiyini bildirmşdi.

“Onlar 5-6 nəfər idi. İdmançı görünüşləri var idi. Günorta saatlarında yol ilə getdiyim zaman hücum etdilər. Barmaqlarımı bir-bir doğradılar. Əllərimi, qılçımı, boynumu, bədənimin hər yerini doğradılar. Polisə zəng etdim. Polis gələnə qədər aradan çıxdılar. Polis qabaqcadan məni xəbərdar etmişdi. Amma, günorta saatlarında hava almaq üçün evdən çıxmışdım,” Mirzəli sosial şəbəkələrdə yayılan video görüntüsündə deyir.

O, Azərbaycan hakimiyyətindən şübhələndiyini bildirir.

Məhəmməd Mirzəli sosial şəbəkələrdə Azərbaycanın hakimiyyət rəsmilərinin və onların ailə üzvlərinin ünvanına sərt nalayiq ifadələr yer alan video-monoloqları ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bu il martın əvvəllərindəisə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə hücumla bağlı hələ münasibət bildirməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü olub, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG