Accessibility links

Fransada etiraz aksiyaları davam edir


Fransa polisi ölkə boyu 8 gündür davam edən etiraz aksiyalarında nümayişçilərlə toqquşub.

Daxili işlər naziri Kristorfer Kastaner bildirib ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq Fransa nümayişlərinə 100 mindən çox insan qatılıb. Parisin Yelisey çöllərində isə 8 min adam aksiyada iştirak edib.

Polisə hücum edənlərə ayıb olsun. Digər vətəndaşlara qarşı zorakılıq tətbiq edənlərə ayıb olsun!

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiya iştirakçıları barrikadalar qurub, keçə işarələri və işıqforları sındırıb.

Fransa prezidenti Emmanuel Makron şənbə günü keçirilən kütləvi nümayişlər zamanı ictimai asayişi qoruduqlarına görə hüquq-mühavizə orqanlarının əməkdaşlarına təşəkkür bildirib.

“Polisə hücum edənlərə ayıb olsun. Digər vətəndaşlara qarşı zorakılıq tətbiq edənlərə ayıb olsun. Respublikada bu kimi zorakılıqlara yer verilməməlidir” - deyə, prezident Twitter hesabında yazıb.

Fransa hakimiyyəti dizel yanacağına verginin qaldırılmasını ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı ilə izah edir.

Buna qarşı çıxanlarsa hesab edirlər ki, bu addımdan daha çox yoxsullara zərbə dəyəcək. Çünki bir çox fransalı qənaət üçün işlənmiş və dizellə işləyən avtomobillərdən istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG