Accessibility links

Fransada terror aktı


Fransanın Daxili İşlər Nazirliyi polisin 2 nəfəri öldürən və insanları girov götürən hücumçunun polis tərəfindən öldürüldüyünü təsdiq edib.

Prezident Emmanuel Makron hücumu terror aksiyası kimi qiymətləndirib.

3 nəfərin öldürüldüyü, digərinin ağır yaralandığı bildirilir. İnsident Tuluzanın cənubundakı kiçik Trebes şəhərində baş verib. Baş nazir Edouard Philippe bunun “terror aktı”na bənzədiyini bildirib.

SGP Police-FO polis bölməsinin rəhbəri İv Lefebvrenin dediyinə görə, şübhəli əvvəlcə Karkason şəhərində polis əməkdaşlarına altı dəfə atəş açıb.

O, polislərdən birinin çiynindən yaralandığını, yarasının ağır olmadığını deyib.

Şübhəli daha sonra yaxınlıqdakı Trebes şəhərində supermarketə gedib, orada 2 nəfəri öldürüb, digərini ağır yaralayıb.

Hadisə yerinə xüsusi polis qüvvələri göndərilib, yollar bağlanıb.

Mediada yayılmış təsdiqlənməmiş məlumatlara görə, şübhəli İslam Dövləti ekstremist qrupunun üzvü olduğunu iddia edib.

Təhlükəsizlik mənbələri Fransanın daxili işlər naziri Cerard Collombun hadisə yerinə getdiyini bildirir.

XS
SM
MD
LG