Accessibility links

Fransanın keçmiş prezidenti korrupsiya ilə ittham edilib


Fransanın keçmiş prezidenti Nikola Sarkozi bazar ertəsi korrupsiya ittihamı ilə üç il müddətinə həbs cəzasına məhkum edilib. Bu, beş il ölkəsini idarə edən və dünya səhnəsində görkəmli yer tutan bir şəxs üçün gözlənilməz bir zərbədir.

Maliyyə prokurorları Paris məhkəməsini vəzifədən getməsindən sonra Sarkozinin 2007-ci ildəki seçki kampaniyasının maliyyəsi ilə bağlı istintaqla əlaqəli məxfi məlumatlar müqabilində hakimə rüşvət verməyə və nüfuzlu şəxslərə təzyiq göstərməyə çalışdığına inandıra bilib.

Ona qarşı irəli sürülən bütün ittihamları inkar edən 66 yaşlı Sarkozi cəzasını həbsxanada çəkməyə bilər. Belə ki, onun cəzasının iki ili təxirə salınıb və məhkəməyə sədrlik edən hakim qalan bir il üçün onun həbsxana xaricində elektron qolbaqla cəasını çəkməsinə icazə verəcəyini deyib.

"O, statusundan və əlaqələrindən istifadə etdi" - deyə, məhkəməyə sədrlik edən hakim Kristin Mi bildirib.

2007-2012-ci illərdə prezident olan Sarkozi müasir Fransada korrupsiya ilə ittiham edilən ikinci dövlət başçısıdır.

XS
SM
MD
LG