Accessibility links

Fransa polisi ilə etirazçılar arasında qarşıdurma olub


Fransada Parisin Gare de Lyon stansiyasında bazar ertəsi ümummilli tətillərin 19-cu günü etirazçılarla polis arasında toqquşma olub.

Nümayişçilər prezident Emmanuel Makronın Fransada bir çox dövlət sektorunun işçiləri üçün xüsusi pensiyaların ləğv edilməsi və tam pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan pensiya sistemində islahatlar aparılması planlarına etiraz edir.

Fransanın BFM telekanalında paytaxtın ən işlək stansiyalarından biri, adətən Alp dağları yaxınlığındakı xizək kurortlarına getmək üçün istifadə edilən Gare de Lyon stansiyasında 30-a yaxın etirazçı ilə polisin əlbəyaxa olduğu nümayiş etdirilib.

Nümayişlər Parisdən London və Brüsselə “Eurostar” xidmətləri göstərən Gare du Nord və Gare de l'Est kimi paytaxtın əsas stansiyalarında da nəqliyyatın hərəkətinə təsir edib.

Ümummilli tətil bu il Milad mövsümündə Fransanın nəqliyyat şəbəkəsinə artıq öz təsirini göstərib Fransanın neft sektoru işçilərinin də etiraz olaraq, neft emalı zavodlarının bağlanmasına səs verəcəyi gözlənilir.

XS
SM
MD
LG