Accessibility links

Fransada müsəlmanların üzgüçülük tədbiri narazılıqla qarşılanır


Şəhər meri tədbirə qadağa qoymağa çalışır

Müsəlman cəmiyyətinin yaxınlığında yerləşən Fransa şəhərinin meri yerli su parkında planlaşdırılmış və qadınların ənənəvi İslam geyimi ilə nəzərdə tutulan tədbiri qadağa qoymağa çalışacağını deyib.

“Smile 13” qadınlar assosiyasiyasının təşkil edəcəyi tədbir dünyəvi Fransada narazılıqla qarşılanıb.

Bu cür tədbir bizim Respublikanın gender bərabərliyi haqda qanunlarına ziddir. Məni şoka salan odur ki, biz qadınlara deyirik ki, onlar özlərini örtməlidirlər, yoxsa abırsızdırlar.

Özünü “sosial-mədəni, idman və yardım assosiyasiyası” kimi tanıdan qrup Facebook səhifəsində sentyabrın 10-u üçün Marsel yaxınlığında yerləşən “Speed” su parkını bron etdiklərini deyib. Tədbirdə yalnız qadınlar, qızlar və 10 yaşından aşağı oğlan uşaqları iştirak edə biləcək.

Cümə axşamı “Le Parisen” qəzetinə müsahibə verən Pennes-Mirabeau meri Mişel Amiel bu “provokasiyadan” dolayı şokda olduğunu və qəzəbləndiyini bildirib. O, ictimai narahatlıq yarada biləcək bu tədbirin qadağan edilməsi üçün əlindən gələni edəcək.

“Burkini Günü” adlandırılan tədbirdən öncə “Smile 13” təşkilatı tədbirdə iştirak edəcək qadınların İslam adətinə uyğun olaraq çiyindən dizlərədək bədənlərinin qapalı olacaq geyməyi tövsiyə edib. Elanda qadınların burkini geyməsi tədbirdə olacaq kişi cangüdənlərin olması ilə əsaslandırılıb.

Dindar müsəlman qadınlar üçün dizayner Aheda Zanettinin icad etdiyi "burkini" qadınların boyundan topuğadək örtülməsini təmin edir.
Dindar müsəlman qadınlar üçün dizayner Aheda Zanettinin icad etdiyi "burkini" qadınların boyundan topuğadək örtülməsini təmin edir.

Fransa Parlamentinin üzvü Valérie Boyer seqreqasiyalaşdırılmış üsgüçülüyüə sosial təcrid kimi baxdığını deyib.

"Bu cür tədbir bizim Respublikanın gender bərabərliyi haqda qanunlarına ziddir. Məni şoka salan odur ki, biz qadınlara deyirik ki, onlar özlərini örtməlidirlər, yoxsa abırsızdırlar."

Cənab Amiel deyib ki, o bu növ tədbirlərin qadağan edilməsi barədə qanun təqdim edəcək.

“Bu hazırkı məqamda lüzumsuz bir provokasiyadır," deyə o bildirib.

XS
SM
MD
LG