Fransa aprel ayından bəri fransalı bir nəfəri girov saxlamaqda şübhəli bilinən Əl-Qaidə qrupuna qarşı əməliyyatlar üçün Mavritaniya qoşunlarını təchizatla təmin edib. Fransa Müdafiə Nazirliyi bildirib ki, Maqreb şəhərində Əl-Qaidəyə qarşı reyd keçirmək üçün Mavritaniyaya logistik və texniki yardım göstərilib. Qeyd edək ki, İspaniyanın El Pais qəzeti Fransa əsgərlərinin 6 yaraqlını öldürdüyü barədə xəbər yaysa da, 78 yaşlı Mişel Qermano və ya onun saxlandığı yer barədə heç bir məlumat verilmədiyini bildirmişdi. Əl-Qaidə iyulun 12-də Fransaya Qermanonun bir məhbusla dəyişdirilməsinə 15 gün vaxt verib. Qrup habelə 2009-cu ilin noyabrında əsir götürülən iki ispan yardım işçisini də girov saxlayır.
Yardım Əl-Qaidəyə qarşı mübarizə məqsədi ilə verilib