Accessibility links

Fransa Makronu seçdi


Fransada prezident seçkilərində seçicilər Emmanuel Makronu seçərək, Le Penin Avropa İttifaqı və mühacirət əleyhinə siyasətini rədd edib.

Demək olar bütün səslər artıq hesablanıb və nəticələrə görə, mərkəzçi Emmanuel Makron səslərin 66,06, millətçi mühacirət əleyhdarı Marin Le Pen isə 33,94 faizini alıb.

Bazar günü səsvermə ölkənin müasir tarixində ən gərgin və mübahisəli seçkilər adlandırılan prezident seçkilərinin kulminasiyası idi.

"Fransa üçün yeni və etibarlı bir səhifə açılır", deyə Makron bildirib.

İlkin nəticələrin elan edildiyindən bir qədər sonra Le Pen Parisə retoranda tərəfdarlarına bildirib ki, o, Makrona zəng edib və məğlub olduğunu tanıyıb

Fransa üçün yeni və etibarlı bir səhifə açılır
Emmanuel Makron

"Fransa yeni prezidenti seçib. Onlar davamiyyətin leyihə səs veriblər. Mən Makrona zəng etdim, çünki mən Fransanın ən ümdə maraqlarını düşünürəm və mən ona ən xoş arzularımı bildirirəm", deyə Le Pen bildirib.

Marin Le Pen
Marin Le Pen

İş yerləri, mühacirət və təhlükəsizlik məsələlərinin üstünlük təşkil etdiyi seçkilərdə Fransa seçiciləri mərkəz-solçu biznes tərəfdarı Makron və Fransanın Avropa İttifaqından çıxmasını və xüsusilə müsəlman ölkələrindən mühacirətin qarşısının alınmasını istəyən Le Pen arasında seçim edib.

Fransa yeni prezidenti seçib. Onlar davamiyyətin leyihə səs veriblər.Mən Makrona zəng etdim, çünki mən Fransanın ən ümdə maraqlarını düşünürəm və mən ona ən xoş arzularımı bildirirəm
Marin Le Pen
ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində Fransada prezident seçkilərinin nəticələrinə reaksiya verərək, Makronu böyük qələbə münasibətilə təbrik edib və onunla işləməyi səbirsizliklə gözlədiyini bildirib.
Seçkilərdən öncə keçirilən rəy sorğuları mərkəzçi Emmanuel Makronun Le Pendən böyük üstünlüklə qələbə çalacağına işarə edirdi.
Keçmiş iqtisadiyyat naziri olmuş 39 yaşlı Emmanuel Makron Fransanın ən gənc prezidenti olur. O, Avropa İttifaqı tərəfdarı olsa da, qurumda islahatların keçirilməsini istəyərək xəbərdrlıq edib ki, işlərin olduğu şəkildə davam etdirilməsi Fransanın Britaniyadakı kimi ittifaqdan çıxması, Frexit-ə gətirib çıxara bilər.

XS
SM
MD
LG