Accessibility links

Fransada “Qırmızı Briqadalar“ terrorçu qrupunun keçmiş italyalı üzvləri həbs edilib


Fransanın prezident ofisinin açıqlamasında 1970-1980-ci illərdə fəaliyyət göstərən yerli solçu “Qırmızı Briqadalar“ terrorçu qrupunun keçmiş italyalı yeddi üzvünün aprelin 28-də həbs edildiyi bildirilib.

Onlara qarşı həbs qərarları İtaliyada "terror aktları"na görə verilib. Fransa polisi daha üç şübhəlini axtarır.

Fransız prokuroroların 10 tələblə bağlı kommunikasıyaları İtaliya hökumətinin həbslərə hazırlıqlarla bağlı “mühüm ikitərəfli iş” çərçivəsində aparılır. Bu fəaliyyət daha ciddi kriminal işlərlə bağlı istintaqa əsalanır. İtaliya daha əvvəl 200 nəfəri ifşa etmişdi.

"Terrorizmin vurduğu Fransa qurbanların ədalətə ehtiyacı olduğunu başa düşür" - deyə, bəyanatda bildirilib

İtaliya polisinin verdiyi məlumata görə, həbs olunanlar arasında 1972-ci ildə Milan polis komissarı Luici Kalabrezinin qətlinə görə 22 il həbs cəzasına məhkum edilmiş "Lotta Continua" qrupunun həmtəsisçisi Corcio Pyetrostefani də var.

Digər altı nəfər isə 1970-1980-ci illərdə qətl və adam qaçırma hadisələrində iştirak etdikləri üçün ömürlük həbs cəzasına məhkum edilmiş Marina Petrella, Roberta Kappelli və Sercio Tornagi də daxil olmaqla, "Qırmızı Briqadaların" üzvləridir.

Həbs edilənlərin hamısı İtaliyadan cəzalarını çəkmədən qaçıb.

O vaxt "Qırmızı Briqadalar"ın hücumları və insan qaçırmaları ilə İtaliyanı dəhşətə salıbi. Daha sonra qrup fəaliyyətini dayandırıb.

Fransanın daxili işlər naziri Cerald Darmanin Fransa-İnter radiosuna verdiyi müsahibəsində Fransa məhkəməsinin bu insanların İtaliyaya ekstradisiya edilib-edilməcəyinə qərar verəcəyini deyib.

XS
SM
MD
LG