3 ay əvvəl həbsxanadan qaçarkən vertolyotdan istifadə edilən məhbus ələ keçirilib.
Media xəbərlərində oğru Redoin Faidin Kreil şəhərində qardaşı da daxil edilməklə, 3 nəfərlə bərabər tutulduğu deyilib.
İyul ayında o, ağır silahlanmış 2 nəfərin yardımı ilə tüstü bombalarından istifadə etməklə həbsxana qapılarını sındırmağa nail olmuş və daha sonra vertolyotla qaçmışdı.
Faidə yardım edənlərin həbs edilib-edilmədiyi məlum deyil.