Fransa gələn ay Əfqanıstandan 200 nəfərlik əsgəri qüvvəsini çıxarmağı planlaşdırır. Fransanın ordu sözçüsü bu gün Parisdə müxbirlərə bildirib ki, əsgərlər Əfqanıstanı oktyabr ayının sonunda tərk edəcək. Prezident Nikola Sarkozi 2012-ci ilədək Əfqanıstandakı Fransa qüvvələrinin 1000 əsgərinin ölkədən çıxaırlcağını bəyan etmişdi. 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin əksəriyyəti Əfqanıstanı tərk etməlidir. Fransanın 2001-ci ildən Əfqanıstanda 75 əagəri həlak olub.
Fransa gələn ay Əfqanıstandan 200 nəfərlik əsgəri qüvvəsini çıxarmağı planlaşdırır
- Amerikanın səsi