Almaniyanın Frankfurt beynəlxalq hava limanında iki Amerika hava qüvvələri hərbiçisini öldürən şəxs günahinı etiraf edib. Almaniyanın federal prokurorluğu hücumun motivinin islam ekstremizminə əsaslandığını bildirib. Hadisə zamanı iki əsgər yaralanıb. Polisin bildirdiyinə görə, silahlı şəxs hərbiçiləri daşıyan avtobusu atəşə tutub. ABŞ prezidenti hadisəyə görə təəssüf və qəzəbini dilə girib. O deyib ki, Almaniyanın səlahiyyətli nümayəndələri ilə bərabər hadisə araşdırılır və cinayətkarların ədalət məhkəməsi qarşısına çıxaılması üçan birgə iş aparılır. Almaniya kansleri Angela Merkel hadisə qurbanlarının ailə üzvlərinə baş sağlığı və insidentin araşdırılması üçün lazım olan hər işin görüləcəyinə vəd verib. Almaniya rəsmiləri hücumçunun 21 yaşlı kosovolu olduğunu müəyyən edib. Onun Kosovonun Mitrovitsa şəhərinin sakini Arif Uka olduğu bildirilir. Kosovo hökuməti hadisəyə görə təssüfünü bildirib.